Qaradağ rayon 105 saylı məktəbdə tədbir keçirilmişdir

Azərbaycan Qarabağ Müharibəsi Əlilləri,Veteranları və Şəhid Ailələri ictimai birliyinin Qaradağ rayon filialı rəhbəri Maqsud Heydərov rayonun Qobustan qəsəbəsində yaşayan üzvlərinin iştirakı ilə 105 nömrəli tam orta məktəbin şagirdləri ilə  görüş keçirmişdir. Görüş şagirdlərin qaziləri gül-çiçəklə qarşılanması ilə başladı. Tədbirdə Azərbaycan Respublikasının dövlət himni oxundu və şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edildi. Tədbirdə birliyin Qaradağ rayon filialının sədri Maqsud Heydərov, hər iki Qarabağ müharibəsi iştirakçısı, ehtiyatda olan baş leytenant, qazi, müəllim Ələmdar Abdullayev, XT kəşfiyyatçı, gizir Bəhrəm Rəcəbli, keçdikləri və “Rəşadət” ordeni ilə təltif olunmuş gizir Hünər  Məmmədov  keçdikləri döyüş yolu, erməni vandalizmi, vətənpərvərlik duyğuları, şəhid döyüş yoldaşları haqda xatirələrini bölüşdülər.

Tədbirin müsabiqə hissəsində Zəfər tariximizdən bəhs edən suallara ən tez və doğru cavab verən şagirdlər , eləcə də hərbi- vətənpərvərlik tədbirlərində fəal iştirak edən qazilər fəxri fərman və medallarla təltif olundular.
Bütün şagirdlərə birliyin təşəbbüsü ilə hazırlanmış, üzərində Qaradağ şəhidlərinin şəkilləri və məlumatlar olan dəftərlər paylanıldı.
Tədbirin sonunda məktəbin kollektivi qaziləri  çay süfrəsinə dəvət etdilər və xatirə şəkilləri çəkildi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.