5 ayın sosial göstəriciləri 15 min şəxsə reabilitasiya xidmətləri göstərilib


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin reabilitasiya mərkəzlərində bu ilin yanvar-may aylarında əlilliyi olan 15 minə yaxın şəxsə reabilitasiya xidmətləri göstərilib.
Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən Vetennamine.az-a bildiriblər.
Onlar səmərəli fizioterapevtik müalicə prosedurlarına cəlb edilib, müalicəvi bədən tərbiyəsi, sosial-psixoloji xidmətlərlə əhatə olunublar.
Bu dövrdə Agentlik tərəfindən əlilliyi olan 5411 şəxsə 24 minə yaxın reabilitasiya vasitəsi verilib.