HomeBütün Xəbərlər42 №-li tam orta məktəbdə hərbi vətənpərvərlik mövzusunda “Qəhrəmanlar unudulmur” adlı tədbir keçirilmişdir

42 №-li tam orta məktəbdə hərbi vətənpərvərlik mövzusunda “Qəhrəmanlar unudulmur” adlı tədbir keçirilmişdir

42 №-li tam orta məktəbdə hərbi vətənpərvərlik mövzusunda “Qəhrəmanlar unudulmur” adlı tədbir keçirilmişdir

2017-ci il dekabrın 26-sı Nəsimi rayonundakı İ.Əbilhəsənov adına 42 saylı tam orta məktəbdə hərbi vətənpərvərlik mövzusunda “Qəhrəmanlar unudulmur” adlı tədbir keçirilmişdir.

Tədbirdə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr veteranları Təşkilatının sədr müavini, Qarabağ müharibəsi veteranları Təşkilatının sədr müavini, Qarabağ müharibəsi veteranları, Qarabağ əlilləri, 2016-cı il aprel hadisələrinin iştirakçıları, Bakı şəhər Təhsil idarəsinin məsul şəxsləri, Azərbaycan QMƏVŞAİB-in məsul şəxsləri iştirak etmişlər.

Tədbir yüksək səviyyədə təşkil olunmuş və keçirilmişdir. Gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyyə olunmasında bu cür tədbirlərin keçirilməsi şagirdlər, müəllimlər və valideynlər tərəfindən yüksək qiymətləndirilmiş və belə tədbirlərin davamlı keçirilməsi məqsədəuyğun hesab edilmişdir.

Veteranlar öz çıxışlarında müharibə xatirələrindən, döyüş meydanında göstərdikləri şücaətlərdən söhbət açdılar.

Tədbir məktəblilərin hazırladıqları maraqlı səhnəciklər və ədəbi-bədii kompozisiya ilə davam etdirildi.

Tədbirin sonunda vətənpərvərlik işində fərqləndiyinə görə Azərbaycan QMƏVŞAİB-in idarə heyətinin qərarı ilə məktəbin hərbi müəllimi, ehtiyatda olan polkovnuk-leytenant Novruz İsmiyev ictimai birliyin təsis etdiyi “Vətən Naminə” medalı ilə təltif olundu. Məktəbin ictimai işlərində fərqlənən daha bir neçə müəllim və şagirdinə isə fəxri fərmanlar təqdim edildi.