Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat Xidmətindən VETENNAMİNE.AZ saytına verilən məlumata əsasən, stansiyalardan əldə etdiyimiz məlumatların təhlilinə əsasən gün ərzində Bakı şəhəri üzrə hava keyfiyyət göstəricilərindən dəm qazının miqdarı normadan 1.7, dispers toz hissəciklərinin miqdarı 1.6, kükürd qazı 1.2, Sumqayıtda dispers toz hissəciklərinin miqdarı 1.2, azot-4 oksidin miqdarı isə Gəncə şəhərində 1.2 dəfə yüksək müəyyən edilib.
Havada müşahidə olunan toz transsərhəd xarakterli və qısa müddətlidir. Dəm qazı, kükürd qazı və azot-4 oksidin miqdarının normadan yüksək olmasına səbəb isə nəqliyyatın hərəkətinin intensiv xarakter daşıması, sənaye müəssisələrinin fəaliyyəti və digər antropogen təsirlərlə əlaqədardır.