VETENNAMİNE.AZ xəbər verir ki, bu gün Füzuli rayon İcra Hakimiyyətinin Başçısı Alı Alıyev, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Füzuli filialının sədri Sevindik İsmayılov, rayon ictimaiyyəti, idarə, müəsisələr, ictimai təşkilatlar, qazi və veteranları Hüseynov Əli Heydər oğlunun dəfn mərasimində iştirak edib.
1990-ildə N-saylı batalyonda könüllü döyüşmüş, qəhrəmancasına şəhid olmuş, Yuxarı Yağlıvənd kəndində anadan olmuş Hüseynov Əli Heydər oğlunun dəfn mərasimi keçirilib.
Döyüşlərin birində ağır yaralanmış, huşsuz halda düşmənə əsir düşmüş şəhidimizin nəşi Xocavənd rayonunun Edilli kəndində tapılan məzarlıqda DNT-əsasında müəyyən olunub.
Allah Şəhidlərimizə Rəhmət Etsin!