26 avqust 2021-ci il tarixdə şəhidlərimizin doğum günü qeyd olunmuşdur

Bərdə rayonu Alpoud kəndindən olan vətən müharibəsi şəhidləri Rəhimli Elcan
Ədalət oğlunun və Bərdə rayonu Kələntərli kəndindən olan şəhid Şükürov
Sərvan Sarxan oğlunun ad günü münasibəti ilə şəhidlərimizin ailələri ziyarət
olunmuş, məzarları üzərinə tər gül dəstələri qoyularaq yad edilmişdir.
Bərdə rayonu Alpoud kəndində keçirilən tədbirdə Bərdə rayon İcra Hakimiyyəti
başçısının müavini Fəqət Şadlinskaya, SHXÇDX-in nümayəndəsi Ceyhun
Əsədov, Bərdə rayon UGİM-in direktoru Aynurə Əyyubova, Alpoud kənd orta
məktəbinin müəllim və şagird kollektivi və kənd ictimaiyyəti iştirak etmişlər.
Şəhid Elcan Rəhimlinin kənd ərazisində inşa olunan bulağının açılışı olmuş,
məzarı ziyarət olunmuşdur.
Bərdə rayonu Kələntərli kəndindən olan şəhid Şükürov Sərvan Sarxan oğlunun
doğum günü münasibəti ilə keçirilən tədbirdə Bərdə rayon İcra hakimiyyəti
başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili
şöbəsinin müdiri Samir Səfərov və böyük məsləhətçisi Ziya İsmayılzadə,
SHXÇDX-in Bərdə rayon şöbəsinin nümayəndəsi Novruz Novruzov, “Vətən
Müharibəsi Veteranları” İctimai Birliyinin sədri İsmayıl Rüstəmov, ”Qarabağ
qaziləri” İctimai Birliyinin sədri Surəddin Səfərov, şəhidin qulluq etdiyi N saylı
hərbi hissənin nümayəndələri və kənd ictimaiyyəti iştirak etmişlər.
Tədbir iştirakçıları Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər
Azərbaycan Ordusunun əsgər və zabitlərinin şücaətindən, qanları ilə tarix yazan
qəhrəmanlıqlarından söz açmışlar. Şəhidlərimizin ailələri onlara göstərilən
diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidentinə
minnətdarlıqlarını bildirmişlər.
Uca Allahdan bütün şəhidlərimizə rəhmət diləyirik.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.