24 aprel tarixində hava proqnozu açıqlanıb

Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata əsasən

Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı,

əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var.

Cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 10-13° isti, gündüz  17-22° isti,

Bakıda gecə 11-13° isti, gündüz 19-21° isti olacaq.

Atmosfer təzyiqi  761 mm civə sütunu təşkil edəcək.

Nisbi rütubət 60-65 % olacaq.

Azərbaycanın rayonlarında

Əsasən yağmursuz. Lakin gündüz bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Gecə və səhər saatlarında duman. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə

9-14° isti, gündüz 23-28° isti, dağlarda gecə 0-5° isti, gündüz 10-15° isti olacaq.  

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.