Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat Xidmətindən VETENNAMİNE.AZ saytına bildirilib ki, stansiyalardan əldə etdiyimiz məlumatların təhlilinə əsasən gün ərzində Bakı şəhəri üzrə hava keyfiyyət göstəricilərindən dispers toz hissəciklərinin miqdarı 1.2, dəm qazı və azot-4 oksid 1.6, Sumqayıt şəhərində isə azot-4 oksid 1.1 dəfə normadan yüksək müəyyən edilib.
Havada müşahidə olunan toz sinoptik vəziyyətlə əlaqədar lokal xarakterlidir.
Dəm qazı və azot-4 oksidin miqdarının normadan yüksək olmasına səbəb nəqliyyatın hərəkətinin intensiv xarakter daşıması, sənaye müəssisələrinin fəaliyyəti və digər antropogen təsirlərlə əlaqədardır.
Vətən Naminə Mətbuat Xidməti