VETENNAMİNE.AZ saytının cənub regionu üzrə bölgə müxbiri Bəhruz Əliyevin verdiyi məlumata əsasən, Lerik rayonunda Qarabağ Müharibəsi şəhidi, Milli Qəhrəman Valeh Müslümovun atası Əlizadə Müslümovun anadan olmasının 80 illik yubileyi münasibəti ilə yaşadığı evdə ziyarət olunub.
Ziyarətdə YAP Lerik rayon təşkilatının aktiv və fəal üzvləri Elman Rəcəbov, Elnur Məmmədov, Rayon Ağsaqqallar Şurasının sədri Elxan Qənbərov, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Lerik rayon filialının sədri Veysəl Məlikov iştirak ediblər.
Söhbət zamanı ziyarətçilər Əlizahid müəllimin həyat yolundan, onun vətənpərvər şagirdlərin yetişdirməsindən və özünün də şəhid qəhrəman atası olmasından, rayonda nümunəvi ziyalı kimi tanınmasından danışıblar.
Daha sonra yubileyi ilə əlaqədar və Heydər Əliyev ili münasibəti ilə Əlizahid müəllimə YAP rayon təşkilatının fəxri fərmanı və hədiyyəsi təqdim olunub.
Bizdə VETENNAMİNE.AZ saytı kollektivi olaraq şəhid qəhrəmanımız Valeh Müslümovun atası Əlizahid müəllimi 80 illik yubileyi münasibətilə təbrik edirik!
Aris Məmmədov
Vətən Naminə Mətbuat Xidməti