Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat Xidmətindən VETENNAMİNE.AZ saytına bildirilib ki, payız əkin mövsümünün başlaması ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yenidən start verilən “Tullantıları tingə dəyiş” aksiyası Qaradağ rayonunun Sahil qəsəbəsində “Araz” supermarketin qarşısında keçirilib.
Vətəndaşların fəal iştirak etdiyi aksiya zamanı ümumi tutumu 2035 litr olan plastik, 268 litr şüşə və 143 ədəd işlənmiş batareya təhvil verilib və əvəzində 200 ədəd ağac tingi paylanılıb. Eyni zamanda, uşaqlara ətraf mühitin mühafizəsi ilə bağlı maarifləndirici kitablar hədiyyə olunub.
Hər kəsi aksiyalarda fəal iştirak etməyə, təbiətə töhfə verərək tullantıların sayının minimuma endirilməsinə və yaşıllıqların artırılmasına dəstək olmağa çağırırıq. Əkdiyiniz tinglərin şəkillərini bizimlə bölüşə bilərsiniz.











Vətən Naminə Mətbuat Xidməti
Sosial şəbəkələrdə bizi izləyin.