2021-ci ildə texnologiya sahəsində hansı yeniliklər oldu?

2021-ci ildə Metaverse və NFT (rəqəmsal sertifikatlar) kimi anlayışlarla tanış olduq.

Facebook virtual reallıq üzərində cəmləşərək yeni istiqamət götürüb.

Pandemiya səbəbindən bağlanma zamanı yaxşı işləməsinə baxmayaraq, internetin bir neçə dəfə büdrədiyinin şahidi olduq.

İstifadə etdiyimiz hər cihazdakı və təbii qəbul etdiyimiz çiplərin əbədi olmadığını gördük.

Dünyada ən çox istifadə edilən rəqəmsal mesajlaşma proqramı olan WhatsApp, fevralın 8-də istifadə şərtlərini və məxfilik siyasətini dəyişəcəyini açıqlayıb.WhatsApp hesab məlumatlarının Facebook ilə məcburi paylaşılması səbəbindən milyonlarla insan bu platformanı tərk edərək rəqiblərinə üz tutub.WhatsApp, yenilənmiş istifadə şərtlərini qəbul etməyənlərin mayın 15-dən etibarən tətbiq vasitəsilə mesaj göndərə bilməyəcəyini açıqladı.Lakin İrlandiyada yerləşən məlumatların mühafizəsi agentliyi tərəfindən tətbiq edilən 250 milyon dollardan çox cərimədən sonra şirkət topladığı məlumatdan necə istifadə etdiyini daha dəqiq aydınlaşdırmaq üçün istifadə şərtlərini dəyişməli oldu.

2021-ci ilə damğasını vuran məsələlərdən biri də çip çatışmazlığı idi. Pandemiya səbəbindən evə bağlanmaq, evdən işləmək bir çox cihaza tələbatın artmasına səbəb olub.Çip çatışmazlığını ilk gündəmə gətirənlərdən biri Amerika texnologiya nəhəngi Cisco oldu. Lakin onun bu problemin altı ay davam edə biləcəyi gözləntiləri bu gün kifayət qədər nikbin görünür.

Çip istehsalçısı Arm, problemin 2022-ci ilin sonuna qədər davam edə biləcəyini proqnozlaşdırır.

İyun ayında bir çox böyük şirkətlərə təsir edən böyük bir internet kəsilməsi oldu. Amazon, Reddit və Twitch kimi texnologiya şirkətləri, həmçinin British Guardian və American New York Times da təsirləndi.Bulud hesablama xidməti provayderi Fastly-də əvvəllər məlum olmayan səhv təsadüfən müştəri tərəfindən işə salındıqdan sonra bir çox saytlar təxminən bir saat ərzində əlçatmaz oldu.

İl ərzində Amazon Web Services, Akamai və Cloudflare kimi şirkətlərdə yaşanan oxşar problemlər internet xidmətinin bir neçə şirkətin əlində cəmləşməsini sual altına qoydu.

ABŞ-ın e-ticarət nəhəngi Amazon-un qurucusu Ceff Bezos 27 il əvvəl qarajında qurduğu şirkətin baş direktoru vəzifəsini tərk edib.O gedəndə şirkətin dəyəri 1,8 trilyon dollar idi.

Bununla belə, bir çox texnologiya nəhəngləri kimi Amazon da həm anbarlarındakı işçilərə münasibətinə, həm də pərakəndə satışları monopoliya altına almaq qabiliyyətinə görə getdikcə daha çox sorğulanır.

 

Hazırladı

Həlimə Əliyeva

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.