Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr
şöbəsindən VETENNAMİNE.AZ saytına verilən məlumata əsasən, 2019-cu ilin
əvvəlindən sosial ödənişlərin elektron sistem üzərindən proaktiv təyinatı sistemlərinə
başlanıb. Ötən dövrdə 560 min pensiya, müavinət, təqaüd təyinatı vətəndaş müraciətinə və
sənəd təqdim etməsinə ehtiyac olmadan elektron sistem üzərindən proaktov qaydada aparılıb.
Son illər aparılan sosial islahatlar nəticəsində Fondun fəaliyyətində inzibati idarəçilikdən əhaliyə xidmət modelinə, çevik və şəffaf xidmətlərə əsas verən mərkəzləşmiş iş mexanizmlərinin tətbiqinə keçilib. Bu il isə yeni qanunvericilik aktları qəbul olunaraq DSMF-yə sərbəst vəsaitlərini investisiyaya yönəltmək imkanı yaradılıb.
2,5 milyon şəxsə xidmət göstərən DSMF-də aparılan islahatlar beynəlxalq səviyyədə də yüksək dəyərləndirilir. Ötən il və bu ilin ilk aylarında Fond 10 beynəlxalq mükafatla (O cümlədən: “2022-ci ilin Beynəlxalq Dövlət Qurumu” ali mükafatı (Böyük Britaniya), “Sosial təminat sahəsində islahata görə Mükəmməllik Sertifikatı, 2023-cü ilin Qalibi” ali mükafatı (Böyük Britaniya), Beynəlxalq Sosial Təminat Assosiasiyasının mükafatı və 2 Mükəmməllik Sertifikatı, beynəlxalq müsabiqədə 1 Qızıl, 2 Xüsusi Mükafat (Malayziya) və s.) təltif edilib.
Son illər DSMF 5 İSO beynəlxalq sertifikatı da əldə edib.