Vetennamine.az – ın şimal bürosu xəbər verir ki, 9 Noyabr – “Bayraq günü” münasibətilə əlaqədar olaraq Şabran rayon Gənclər və İdman İdaresinin təşkilatçılığı ilə, “Çıraqqala -şabran ” dövlət tarix-mədəniyyət Qoruğunun əməkdaşları,bir qrup gənc ilə birlikdə Hərbi Qənimətlər Parkını,və ikinci Fəxri şəhilər xiyabanını ziyarət ediblər.
44 günlük vətən müharibəsinde şəhid olmuş igid qəhrəmalarımızın məzarları ziyarət olunub.
Daha sonra, Hərbi Qənimətlər Parkı Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda 44 gün davam edən Vətən müharibəsi zamanı müzəffər Azərbaycan Ordusunun işğalçı Ermənistanı döyüş meydanında məğlub etməsi nəticəsində düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qisminin nümayiş olunması məqsədini daşıyır.Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun əsgərlərinin qəhrəmanlığı, o cümlədən ordumuz tərəfindən məhv edilmiş və hərbi qənimət kimi ələ keçirilmiş Ermənistan silahlı qüvvələrinə məxsus müxtəlif tipli hərbi texnikalar, silahlar, döyüş postları və müdafiə sədləri barədə ətraflı məlumat verilib. Ziyarətçilər, həmçinin Parkdakı eksponatların arasında Silahlı Qüvvələrimizin işğaldan azad olunan ərazilərdə ermənilərdən qənimət götürdükləri 2 mindən çox avtomobilin nömrə nişanlarından hazırlanan və üzərində “Qarabağ Azərbaycandır!” şüarı əks olunan kompozisiya, Ermənistan tərəfindən törədilən müharibə cinayətləri, dinc sakinlərin qətlə yetirilməsi və yaralanması barədə faktlar, düşmən tərəfindən Azərbaycan ərazisinə atılmış “İskəndər-M” raketinin qalıqları ilə tanış olublar.
Atayeva Günay