Vetennamine.az – ın bölgə müxbiri xəbər verir ki, 15 iyun Milli Qurtuluş Günü Quba rayonunda da qeyd olundu. Hüquq mühafizə, idarə və müəssisə rəhbərləri eləcə də ictimaiyyət nümayəndələri əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə tər gül dəstələri düzdülər.
Bildirildi ki, Qurtuluş Günü Azərbaycanın xaosdan, anarxiyadan, özbaşınalıqdan və parçalanma təhlükəsindən qurtularaq sabitliyə, əmin-amanlığa, inkişafa qovuşmasının əsasının qoyulduğu, ölkəmizin taleyinin dəyişdiyi böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik gündür .
Azərbaycan tarixində əlamətdar günlərdən biri olan 15 İyun-Milli Qurtuluş Günü münasibətilə həmçinin Qubada bayram konserti təşkil olundu. Qonaqların və yüzlərlə rayon sakininin izlədiyi konsert, respublikamızın tanınmış incəsənət ustalarının ifasında vətənpərvərliyi tərənnüm edən və şən əhval-ruhiyyəli mahnıların nümayişi ilə davam etdiridi.
Atayeva Günay