15 aprel Ekoloji Bilik Günü ilə əlaqədar Şirvan Milli Parkında uşaqlar üçün maarifləndirici tədbirlər keçiriləcək.
Tədbir zamanı iştirakçılar üçün viktorina, müxtəlif rəngarəng oyunlar, safari tur təşkil olunacaq, uşaqlar üçün ceyranları müşahidə etmək imkanı yaradılacaq.
Eyni zamanda, mütəxəssislər tərəfindən uşaqlara xüsusi mühafizə olunan təbiət ərazilərində, o cümlədən Şirvan Milli Parkında qorunan flora və fauna növlərinə dair məlumatlar veriləcək.
Qeyd edək ki, 1992-ci ildə Rio-de-Janeyroda keçirilən BMT-nin ətraf mühit problemlərinə həsr olunan konfransında bəşəriyyətin davamlı inkişafı üçün ekoloji təhsilin əhəmiyyəti vurğulanıb və həmin vaxtdan etibarən 15 aprel Ekoloji Bilik Günü kimi bütün dünyada qeyd olunmağa başlayıb.Aysel Məmmədli
Vətən Naminə Mətbuat Xidməti