142 – Çağrı Mərkəzi tərəfindən son 3 ildə 2,3 milyon vətəndaş müraciəti cavablandırılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142Çağrı Mərkəzi  tərəfindən 2019-cu ildən indiyədək 2,3milyon vətəndaş müraciəti cavablandırılıb. Müraciətlərin 41%-i Bakı şəhərindən, 59%-i ölkəmizin digər bölgələrindən daxil olub.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən Vetennamine.az-a bildiriblər.

Vətəndaşların müraciətlərində əksini tapan məsələlərə qanunvericilik çərçivəsində baxılaraq tədbirlər görülməsi, nəticəsi barədə onlara məlumatlar, sorğu xarakterli müraciətlərlə bağlı hüquqi izahatlar verilməsi təmin edilib.

Çağrı Mərkəzinin 102 nəfərdən ibarət heyəti və 5 nəfərdən ibarət könüllü dəstək qrupu fəaliyyət göstərir.

142Çağrı Mərkəzi tərəfindən əhaliyə xidmətlərin keyfiyyətinin daim yüksəldilməsi diqqətdə saxlanılır, lazımi tədbirlər görülür. Bununla bağlı, bir sıra layihə və təkliflər də hazırlanıb.

Çağrı Mərkəzinin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər nəticəsində zəng edən vətəndaşların gözləmə vaxtı 42 saniyəyə enib. Qeyd edək ki, bu göstərici 2020-ci ildə 8 dəqiqə 31 saniyə olub.

Bu kimi tədbirlərin nəticəsi olaraq, vətəndaşların 142Çağrı Mərkəzindən məmnunluq səviyyəsi 92,6%-ə çatıb.

Prezident İlham Əliyevin 4 aprel 2022-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı” üzrə Tədbirlər Planında da mövcud çağrı mərkəzlərinin işinin təkmilləşdirilməsi və çağrı mərkəzləri tərəfindən göstərilən xidmətlərin ümumi tələblər əsasında həyata keçirilməsi ilə bağlı tədbirlər görülməsi əksini tapır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.