Vətənpərvərlik tədbirləri

Qaradağ rayonu Ümid qəsəbəsi 294 №-li tam orta məktəbdə məktəbin müəllimi, II qrup Qarabag müharibəsi əlili Hüseynov Mehman Həsən oğlunun 65 illik yubileyi münasibətilə ​ tədbir keçirilmişdir. Tədbirdə Qaradağ RİH-nin ​ Vətən müharibəsi iştirakçıları və Şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Həsrət Almasov, ​ Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Qaradağ rayon komitəsinin sədri Zümrüd xanım Rzayeva, AzQMƏVŞAİB-in Qaradağ rayon filialının sədri Maqsud Heydərov, SHXÇDX-nin Qaradağ rayon idarəsinin əməkdaşı, l-nt Balakişi Əliyev, məktəbin bir qrup müəllim ​ və yuxarı sinif şagirdləri iştirak etmişlər.
Tədbir dövlət himninin ​ və şəhidlərin əziz ​ xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.Tədbir iştirakçıları Mehman müəllimi 65 yaşı tamam olması münasibətilə təbrik edərək ona xoş arzularını bildirdilər.
AzQMƏVŞAİB-in Qaradag filialının sədri Maqsud Heydərov çıxış edərək yubilyarı ictimai birliyin sədri Mehdi Mehdiyevin adından təbrik etdi və vətənpərvərlik tədbirlərində fəal iştirakı, anadan olmasının 65 illiyi mübasibətilə ictimai birliyin “Fəxri fərman”ı və “Vətənpərvərlik işində xidmətinə görə” medalı ilə təltif etdi.

Yubilyar M. Hüseynov ona verilən dəyərə və xoş arzulara görə tədbir iştirakçılarına ​ təşəkkürünü bildirdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.