Zəfər tədbirləri

8 noyabr- Zəfər Günü münasibətilə Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailəsi İctimai Birliyinin Qaradağ rayon filialının üzvləri rayonun 302 və 223 saylı məktəblərində şagirdlərlə görüş keçirmişlər. Tədbirdə Vətən müharibəsi iştirakçıları keçdikləri şərəfli döyüş yollarından danışmış, şanlı ordumuzun müzəffər qələbə sevincini məktəblilərlə bölüşmüşlər.

Vətənpərvərlik tədbirlərində və keçirilən müsabiqədə fəal​ iştirak edənlər Fəxri fərman və hədiyyələrlə mükafatlandırılmışlar​.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.