10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatla Azərbaycan Qələbəsini rəsmiləşdirdi

Müstəqil Azərbaycan dövləti 30 il idi ki, öz qonşusu olan Ermənistanın işğalçılıq
siyasətinin qurbanı idi. Ərazisinin 20 faizi işğal altında olan ölkəmiz bütün bu illər ərzində
saysız hesabsız təxribatlara məruz qalmışdı. Günü-gündən azğınlaşan erməni hərbi
birləşmələri hər gün atəşkəsi pozurdu. Hər zaman cinayətkar dəstə rəhbərləri olmuş
Ermənistan hakimiyyətinin rəhbərləri Qarabağ münaqişəsi ilə bağlı danışıqlar
masasında Azəbaycanın bir balaca irəlləyişə nail olduğunu görəndə isə dərhal danışları
pozmaqla bu işğalçılıq niyyətlərini uzadırdılar. Dünyada özlərini haqq, ədalətin elçiləri
kimi göstərməyə çalışan beynəlxalq təşkilatlar isə hər zaman ölkəmizə qarşı ikili
standartlarla yanaşaraq bu işğalçılığa dəstək olumaqla məşğul idilər. Bütün bu
hadisələrin fonunda hər zaman terrorçuluq və qonşu ölkələrə qarşı ərazi iddiları ilə
işğalçılıq siyasəti həyata keçirən Ermənistan rəhbərliyi nəinki hər hansısa əraziləri
qaytamağı düşünür, əksinə yeni əraziləri işğal etmək arzusunu belə gizlətməkdən
çəkinmirdi.
Amma 2020-ci il sentyabr ayının 27-də ölkəmizə qarşı törədilən növbəti təxribata
qarşı əks hücumla başlanan Vətən müharibəsi Ermənsitanın bu işğalçılıq siyasətinə
böyük zərbə vurdu. Bu müharibə Ermənistan və onun havadarları üçün gözlənilməz
oldu. Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin
uzaqgörən və qətiyyətli siyasəti ordumuzun peşəkarlığı və xalqımızın birliyi sayəsində 44
günlük bu müharibədə hər gün yeni uğurlar əldə edilirdi. İşğal altında olan rayonlarımız
kəndbəkənd alınırdı. Müzəffər Ordumuzun qarşısında tab gətirə bilməyəcəyinin anlayan
Ermənistan dövləti noyabr ayının 10-da üçtərəfli bəyanata imza atmaqla təslim oldu.
Bəyanatın imzalanması Ermənistanın hərbi kapitulyasiyası demək idi. Bəyanat uzun illər
davam edən işğala son qoydu. Bəyanatın imzalanması ilə münaqişənin hərbi mərhələsi
başa çatdı. Ağdam, Laçın, Kəlbəcər rayonları qan tökülmədən qaytarıldı. 44 günlük
müharibə Azərbaycanın tam qələbəsi ilə nəticələndi. Düşmənin texnikası tam məhv
edildi, canlı qüvvəsinə ciddi zərbə vuruldu. Ermənistan ordusu darmadağın edildi.
Bu bəyanatın fonunda bütün dünya Azərbaycan xalqının birliyini gördü. Ölkəmizin bütün
bölgələrində hər bir vətəndaş böyük həyəcan hissi ilə bu günləri yaşayır, hər gün
televiziya önündə, radio qarşısında, internetdə cəbhədən gələn xəbərləri izləyir, uğurlara
sevinirdi. Ölkəmizdə yaşayan bütün millətlərin nümayəndələri, bütün dini konfessiyaların
nümayəndələri cəsarət göstərərək, düşmənlə vuruşaraq Azərbaycanın ərazi
bütövlüyünü bərpa etdilər. Həmrəylik bizim böyük sərvətimizdir, böyük dəyərimizdir.
Azərbaycan Ordusunun zəfər yürüşü nəticəsində imzalanan Bəyanat Azərbaycanın
maraqlarına tam uyğun hazırlanıb. Ali Baş Komandan cənab İlham Əliyevin israrlı

mövqeyi nəticəsində məğlub və çıxılmaz vəziyyətə düşən Ermənistan rəhbərliyi işğal
edilmiş bütün torpaqlarımızdan qeyd-şərtsiz çıxmaq və bunun üçün çıxış qrafikini təqdim
etməyə məcbur olmuşdur. Qarabağa heç bir status verilmir. “Dağlıq Qarabağ Muxtar
Vilayəti” adlı ərazi yoxdur. Qarabağın bütün rayonları digər rayonlarımız kimi
Azərbaycanın tərkibində olan ayrılmaz ərazimizdir. Laçın dəhlizində təhlükəsizliyin
təminatı Azərbaycanın səlahiyyətindədir. Dövlət Sərhəd Xidməti Azərbaycanın bütün
sərhədlərində Vətənin keşiyini çəkir.
Münaqişə artıq başa çatıb, torpaqlarımız işğaldan azad olunub. Azərbaycan Vətən
müharibəsindən sonra mövcud status-kvonu özünə sərf edən şəkildə dəyişdi və itirilmiş
əraziləri qaytardı.
Vətən müharibəsi Azərbaycanın parlaq qələbəsi ilə başa çatıb. Qələbənin
qazanılmasında bütün Azərbaycan xalqı birlik, həmrəylik göstərmişdir. Artıq Azərbaycan
xalqı tarixdə qalib xalq kimi qalacaqdır.


Hazırladı

Aris Məmmədov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.