Vetennamine.az 10 may 2023-cü il tarixdə Şabran şəhər “Bayraq Meydanı”nda yerləşən süni örtüklü mini meydançada “Heydər Əliyev İli”nə həsr olunmuş idarə, təşkilat və müəssisələr arasında mini futbol idman növü üzrə rayon çempionatının Final Oyunu keçirilmişdir.
Tədbirdən əvvəl Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş, respublikamızın ərazi bütövlüyünün qorunması, bərpası və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalan Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Final oyununda Şabran Rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynov, YAP Şabran rayon təşkilatının sədri Mehdi Balabəyov, Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik hüquqi şəxsin 5 saylı Xaçmaz regional Ərazi idarəsinin rəisi Fikrət Nuşiyev, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak etmişdir.
Gərgin və maraqlı keçən Final oyununda “Səba” Broyler MMC komandası “Banklar” komandasını 1 – 0 hesabı ilə məğlub edərək, çempionatın qalibi adını qazanmışdır.
Yarışda 15 idarə, müəssisə və təşkilat komandası olmaqla 180 nəfər iştirak etmişdir.
Yarışda ən yaxşılar nominasiyasına əsasən ən yaxşı oyunçu – Həzrət Mirzəyev (Banklar), ən yaxşı qapıçı – Ramin Qasımov (Səba), ən fəal azarkeş – Paşa Fərzəliyev
Qalib komandalar rayon Gənclər və İdman İdarəsi tərəfindən kubok, medal və diplomlarla təltif olunmuşlar.
Aysel Məmmədli
Vətən Naminə Mətbuat Xidməti