Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat Xidmətindən VETENNAMİNE.AZ saytına bildirilib ki, 29 sentyabr 2023-cü il, saat 10:00 tarixində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 27 noyabr tarixli 457 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ətraf mühitə təsirin qiymətləndirilməsi üzrə qiymətləndiricilərin ixtisas attestatının forması və attestatın verilməsi, qüvvədəolma müddətinin dayandırılması və ya onun ləğv edilməsi, eləcə də ətraf mühitə təsirin qiymətləndirilməsi üzrə qiymətləndiricilərin və ətraf mühitə təsirin qiymətləndirilməsi üzrə təşkilatların reyestrinin aparılması və onların fəaliyyətinə nəzarətin həyata keçirilməsi” Qaydasının tələblərinə uyğun olaraq ixtisas attestatının verilməsi məqsədilə Azərbaycan Dövlət İqtisad Universitetində imtahan keçiriləcək.

Vətən Naminə Mətbuat Xidməti