Ərdoğan türk ölkələrini birləşməyə çağırdı: Əngəlləri qaldırın, sıx birləşin

“Siyasi əməkdaşlığımız kimi iqtisadi və ticari işbirliyimizi də gücləndirməliyik”.

Vetennamine.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Şurasının VIII Zirvə görüşündə bildirib. O bəyan edib ki, türk ölkələri arasında ticarət əlaqələrinin ümumi həcmi təqribən 21 milyard dollardır. “Bu göstəricini artırmalıyıq” deyən Ərdoğanın sözlərinə görə, ölkələr arasında rüsumdan başqa olan bütün əngəllər qaldırılmalıdır:

“Bu məqsədlə ticarəti asanlaşdıran strateji sənədin imzalanması vacibdir. Quru, hava və dəniz yolları ilə bir-birimizə sıx bağlanmasaq, istədiyimiz nəticəni əldə edə bilmərik. Tranzit keçid sənədlərini gündəmimizdən çıxarmalı, gömrük proseslərini uyğunlaşdırmalı, keçid qiymətlərini rəqabət aparacaq səviyyəyə endirməliyik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.