Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələri üzrə 193 mindən çox e-arayış verilib

Bu ilin yanvar-mart aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələri üzrə 193 086 elektron arayış verilib.

 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindəm Vetennamine.az-q verilən məlumata görə, qurumlar tərəfindən nazirliyin informasiya bazalarına edilən sorğu sayı isə 55,4 milyonu ötüb.

Son illərdə əmək, məşğulluq, sosial təminat, əlillik, reabilitasiya və s. sahələr üzrə elektronlaşma proqramı çərçivəsində 30 elektron arayış növü istifadəyə verilib. 

 

Bu e-xidmətlər vətəndaşların iş yerinə və ya əlilliyə dair, pensiya, müavinət və təqaüd, maddi yardım, ünvanlı yardım, dövlət tərəfindən mənzil və avtomobillə təmin edilmə, fərdi şəxsi hesab və s. barədə e-qaydada arayış əldə etmələrinə imkan verir.

 

Hazırda nazirliyin e-sistemlərinin 31 qurumun informasiya bazaları ilə inteqrasiyası həyata keçirilir. Həmin qurumlar tərəfindən ilin birinci rübündə nazirliyin informasiya bazalarına edilən sorğuların sayı 55 446 674 olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.