Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən VETENNAMİNE.AZ saytına verilən məlumata əsasən, 15 İyun – Milli Qurtuluş Günü ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları tərəfindən talassemiyalı və hemofiliyalı xəstələrə dəstək məqsədilə qanvermə aksiyası təşkil olunub. Onlar Milli Hemotologiya və Transfiziologiya Mərkəzində könüllü olaraq qan veriblər.