Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə BƏƏ-nin İnsan Resursları və Əmirlik Nazirliyi arasında gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparıldı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən Vetennamine.az-a verilən məlumata görə, əməkdaşlığın müqavilə-hüquq bazasının yaradılması imkanları nəzərdən keçirildi
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində keçirilən VIII Dünya
Hökumətləri Sammiti çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevlə
BƏƏ-nin insan resursları və əmirlik naziri Əbdülrəhman Əl-Avarın görüşü olub.
Görüşdə iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğu vurğulanıb.
Siyasi, iqtisadi və digər sahələrdə, həmçinin bərpa olunan enerji istehsalı sahəsində uğurlu
əməkdaşlığın həyata keçirildiyi, ticarət dövriyyəsində artımın davam etdiyi qeyd olunub.
S.Babayev ölkəmizdə əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində
atılan ardıcıl addımları diqqətə çatdırıb. Nazir Azərbaycanda həyata keçirilən sosial müdafiə
və aktiv məşğulluq proqramları, sosial təminat, əmək və məşğulluq sahələrində aparılan
islahatlar, DOST mərkəzləri barədə məlumat verib.
O, insan resurslarının inkişaf etdirilməsi, işçi qüvvəsinin rəqabət qabiliyyətinin
artırılması istiqamətində görülən işləri qeyd edib.
İslam Əməkdaşlıq Təşkilatının Bakı şəhərində yaradılacaq Əmək Mərkəzinin
Təşkilata üzv ölkələr arasında əmək, məşğulluq, sosial müdafiə sahələrində əməkdaşlığa
mühüm töhfə verəcəyini diqqətə çatdırıb.
Ə.Əl-Avar iki ölkə arasında əlaqələrin inkişafının məmnunluq doğurduğunu,
əməkdaşlıq əlaqələrinin əmək, məşğulluq, sosial müdafiə sahələrini də əhatə etməsində
maraqlı olduqlarını bildirib. O, rəhbərlik etdiyi qurumun fəaliyyəti, islahatları barədə məlumat
verib.
Görüşdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə BƏƏ-nin İnsan Resursları və
Əmirlik Nazirliyinin gələcək əməkdaşlığına dair fikir mübadiləsi aparılıb. Əməkdaşlığın
müqavilə-hüquq bazasının yaradılması imkanları nəzərdən keçirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.