Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi dövlət qulluğu sahəsində işə qəbul edilənlərin sayına görə ölkə üzrə birinci yeri tutur

Son 4 ildə dövlət qulluğu üzrə müsabiqə və müsahibələrdə uğur qazanmış 864 kadr Nazirlik sistemində işə qəbul olunub.

Bunu Əmək və əhalinin  Sosial Müdafiəsi Nazirliyinin mətbual xidmətindən vətənnaminə.az-a bildiriblər.

Dövlət İmtahan Mərkəzinin (DİM) açıqladığı məlumatlara əsasən, sertifikat əldə edərək və ümumi müsahibə nəticələri əsasında dövlət qulluğuna qəbul edilmiş şəxslərin sayına görə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ölkə üzrə birinci yeri tutur.

Dövlət qulluğu sahəsində işə qəbul olunan kadrların sayı üzrə rekord nəticə göstərən Nazirlik tərəfindən 2018 – 2022-ci illərdə 38 müsahibə elanı verilərək, ümumilikdə 1500 vakant vəzifə elan edilib.

Son 4 ildə DİM tərəfindən keçirilmiş müsahibələrdə uğur qazanmış, böyük əksəriyyəti gənclərdən ibarət olan 864 kadr Nazirlik sistemində müvafiq vəzifələrə təyin olunublar.

Nazirlikdə dövlət qulluğu vəzifələrinə kadrların müsabiqəlilik əsasında seçilməsi və yerləşdirilməsi ilə yanaşı, seçilmiş kadrların bilik və bacarıqlarının mütəmadi olaraq artırılması, peşəkar və karyera inkişafının təmin edilməsi istiqamətində də müvafiq işlər aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.