Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi daha bir qrup qazini yüksək texnologiyalı protezlərlə təmin etdi

Postmüharibə dövründə 324  nəfər müharibə əlilinin 338 ədəd müasir 4-cü nəsil protezlə təminatı həyata keçirilib.

Bunu Əmək və əhalinin  Sosial Müdafiəsi Nazirliyinin mətbual xidmətindən vətənnaminə.az-a bildiriblər.

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzində daha bir qrup müharibə əlili yüksək texnologiyalı müasir 4-cü nəsil protezlərlə təmin edilib.

Qeyd edilib ki,  Prezident İlham Əliyevin tapşırığına əsasən, 2020-ci ilin dekabr ayından  müharibə əlillərinin yüksək texnologiyalı müasir protezlərlə təminatına başlanıb.

Ötən dövrdə 324  nəfər müharibə əlili yüksək texnologiyalı 338 ədəd müasir 4-cü nəsil protezlə təmin edilib. Onlardan 124 nəfəri I Qarabağ müharibəsi əlilləri və Vətən müharibəsinə qədərki dövrdə hərbi səbəblərlə əlaqədar əliliyi olan şəxslərdir ki, 128 ədəd müasir potezlə təmin olunublar.

200 nəfəri isə 44 günlük Vətən müharibəsində və sonrakı dövrdə yaralanaraq ətrafları amputasiya olunmuş qazilərdir və həmin şəxslərə ümumilikdə 210 ədəd yüksək texnologiyalı müasir 4-cü nəsil protez verilib.

Ümumilikdə, Vətən müharibəsi qazilərinin protezlə təminat prosesi yekunlaşmaq üzrədir.

Təqdim edilən “Genium” tipli yüksək texnologiyalı protezlər aktivlik və funksionallığı ilə seçilir. Həmin protezlər istifadəçiyə köməkçi vasitələr olmadan sərbəst və inamlı hərəkətə, hərəkətin tam və daha dəqiq tənzimlənməsinə imkan verir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.