Baş Prokurorluqdan VETENNAMİNE.AZ -a verilən məlumata əsasən, araşdırma zamanı “Freco Company Group” MMC tərəfindən vətəndaşların əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi, habelə “CRF-GROUP” MMC, “B.Sərdarov adına maşınqayırma zavodu” MMC, “Anar Food” MMC və müxtəlif fərdi sahibkarlar tərəfindən isə işçilərə əmək haqqı və son haqq-hesabın ödənilməməsi nəticəsində qanunvericiliklə nəzərdə tutulmuş əmək hüquqlarının kobud şəkildə pozulması müəyyən edilib.
Göstərilən faktlar üzrə İnzibati Xətalar Məcəlləsinin 192.1 və 192.4-cü maddələri ilə inzibati xəta haqqında iş üzrə icraatlar başlanaraq baxılması üçün aidiyyəti üzrə məhkəməyə və Dövlət Əmək Müfəttişliyi Xidmətinə göndərilib.

Vətən Naminə Mətbuat Xidməti













