Əliyevin bu qərarını yüksək qiymətləndirirəm – Paşinyan

İlk dəfə olaraq Ermənistan və Azərbaycan müdafiə nazirləri arasında birbaşa əlaqə qurulacaq.

Vetennamine.az xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan onlayn formatda jurnalistlərin suallarını cavablandırarkən deyib.

“Bu təşəbbüs bizim qarşılıqlı olaraq atəşkəs rejiminin pozulmasında bir-birimizi ittiham etməyimizdən sonra ortaya çıxdı. Mən Azərbaycan Prezidentinin qərarını yüksək qiymətləndirirəm. Bunun nə qədər effektiv olduğunu zaman göstərəcək”, – Paşinyan bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.