Əlillik təyinatına əsas yaradan xəstəliklərin siyahısı genişləndirilib


Gələn aydan ölkəmizdə əlilliyin qiymətləndirilməsi sahəsində tətbiq olunacaq yeni meyarlar əlilliyin artıq 3 dərəcə üzrə məhdud çərçivədə deyil, orqanizmin funksiyalarının itirilməsi faizinin müəyyən edilməsi əsasında müəyyən olunmasını nəzərdə tutur.
Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən Vetennamine.az-a bildiriblər.
Bu da qiymətləndirmənin qabaqcıl dünya təcrübəsinə uyğun və daha əhatəli şəkildə həyata keçirilməsinə imkan verəcək.
Yeni meyarlara əsasən, əlillik təyinatına əsas yaradan xəstəliklərin və ağırlaşmaların siyahısı da xeyli genişləndirilib.