Əlillik həyat fəaliyyətinin 7 əsas kateqoriya üzrə məhdudlaşma dərəcələri əsasında müəyyən olunacaq

Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş və əlillik sahəsində mütərəqqi dünya təcrübəsinə uyğun fundamental dəyişikliyi nəzərdə tutan yeni “Əlilliyin müəyyən olunması meyarları” bu il iyulun 1-dən qüvvəyə minəcək.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən Vetennamine.az-a bildiriblər.

Həmin vaxtdan sonra əlillik üçün müraciət edənlərin əlilliyinin qiymətləndirilməsi yeni meyarlar əsasında aparılacaq.

Bununla da əlillik artıq ənənəvi üç dərəcə üzrə deyil, insanın həyat fəaliyyətinin 7 əsas kateqoriya (özünəqulluq, sərbəst hərəkətetmə, istiqamətseçmə, ünsiyyət, davranışına nəzarətetmə, öyrənmə, əmək fəaliyyəti) üzrə məhdudlaşma dərəcələri əsasında qiymətləndiriləcək.

Məhdudlaşma dərəcələri isə aşağıdakı kimi xarakterizə olunacaq:

-özünəqulluq

-sərbəst hərəkətetmə

-istiqamətseçmə

-ünsiyyət

-davranışına nəzarətetmə

-öyrənmə

-əmək fəaliyyəti

Qeyd olunan bacarıqların III dərəcə məhdudlaşması halı orqanizmin funksiyalarının 81-100 faiz, II dərəcə məhdudlaşması halı 61-80 faiz, I dərəcə məhdudlaşması halı 31-60 faiz pozulması kimi nəzərə alınacaq və bu əsasda da əlillik təyin olunacaq.

Yeni meyarlar əlillik təyinatlarında həssas və obyektiv yanaşmanın, ünvanlılıq və sosial ədalətin təmin edilməsinə, bu sahədə qabaqcıl beynəlxalq standartların tətbiqinə xidmət edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.