Əlahiddə Ümumqoşun Orduda snayperlərin peşəkarlıqlarının artırılması məqsədi ilə mütəxəssis toplantısı keçirilir

Toplantının planına əsasən atəş mövqeyi seçərək maskalanmış snayperlər müxtəlif üsul və vasitələrdən istifadə edərək sərrast atəşlə hədəfin məhv edilməsi və digər fəaliyyətləri məşq edirlər.
Döyüş meydanında hədəfləri zərgər dəqiqliyi ilə məhv etmək üçün snayperlərə çətin şəraitlərdə təmkinli və yüksək fiziki hazırlığa malik olmaq kimi xüsusiyyətlər aşılanır.
Toplantıda snayperlərin müxtəlif şəraitlərdə saatlarla müşahidə aparma, həyatda qalma və dəqiq atəşaçma bacarıqları təkmilləşdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.