Son Xəbərlər:
Z.Əliyeva adına liseydə şagirdlərdə Qarabağ müharibəsi veteranlarının görüşü keçirilmişdir

Z.Əliyeva adına liseydə şagirdlərdə Qarabağ müharibəsi veteranlarının görüşü keçirilmişdir

2019-cu il mayən 8-i Z.Əliyeva adına liseydə şagirdlərdə Qarabağ müharibəsi veteranlarının görüşü keçirilmişdir. Görüşdə müharibə  və əmək veteranları şurasının hərbi-vətənpərvərlik şöbəsinin müdiri polkovnik Adil Haqverdiyev, həmin şöbənin mütəxəssisi İsmayıl İsmayılov, Azərbaycan QMƏVŞAİB-in sədri e.o.polkovnik Mehdi Mehdiyev, sədr müavinləri e.o.polkovnik-leytenant Ariz Məmmədov və e.o.polkovnik-leytenant Şura Musayev,  Azərbaycan Bayrağı ordenli Məhəd Tağıyev iştirak edirdilər.

Şagirdlər qonaqlar qarşısında öz hərbi bacarıqlarını nümayiş etdirmişlər. Hərbi topoqrafiyaya aid bacarıqlar sırasında məktəblilər düzəltdikləri kompasla, ağac budaqlarının, günəşin, məscid, kilsə, qarışqa yuvası, məzar və s. köməyi ilə ərazidə səmtlənmə, atəş hazırlığınına aid  avtomatın sökülməsi və yığılması, maqazinin boşaldılması və doldurulması, mülki-müdafiə və hərbi-tibbi hazırlığa aid yaralını təhlükəli ərazidən çıxartmaq, ilk tibbi yardım və əlaltı vasitələrdən hazırladıqları xərəklərlə yaralını təxriyyə etmək kimi bacarıqlarını həvəslə nümayiş etdirdilər.

Məktəbin şagirdi Fikrət Məmmədov Şuşa şəhəri uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuş Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunoviç Aqarunov  haqqında çıxış etdi.

Veteranlar adından Adil Haqverdiyev və Mehdi Mehdiyev çıxış etdilər.

Çıxışlardan sonra şagirdlərimizin sualları cavablandırıldı.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок