Son Xəbərlər:
Zəngilanın işğalı ilə bağlı tədbir keçirilmişdir

Zəngilanın işğalı ilə bağlı tədbir keçirilmişdir

2019-cu il oktyabrın 28-i Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri ictimai birliyinin konfrans zalında Zəngilan rayonunun Ermənistan tərəfindən işğalı ilə bağlı tədbir keçirilmişdir.

Tədbirdə Qaçqınların və Məcburi Köçkünlərin Işləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev, Zəngilan rayon İcra Hakimiyyəti başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Xanım Rüstəmova, Azərbaycan QMƏVŞAİB-in işğal olunmuş rayon filialııarının sədrləri, məktəblilər və başqaları iştirak edirdilər.

Tədbiri giriş sözü ilə açan Azərbaycan QMƏVŞAİb-in sədri Mehdi Mehdiyev işğal nəticəsində şəhid olmuş insanların xatirəsini bir dəqiqəlik sükutla yad etmək üçün ayağa qalxmağı xahiş etdi. Sonra o öz çıxışında Zəngilanın və Qubadlının işğalından əvvəl ölkədəki və qonşu dövlətlərdəki siyasi vəziyyətə dair iştirkçıları məlumatlandırdı:

– İndiki Ermənistanın ərazisi tarixi Azərbaycan torpaqlarıdır. Ötən əsrlərdə İran, Türkiyə və Rusiyanın birgə qərarına əsasən o ərazi Türkiyə və İrandan qaçan ermənilərin məskunlaşması üçün nəzərdə tutulmuşdur. ADR süquta uğradıqdan sonra Sovet İttifaqı dövründə həmin ərazilərə Ermənistan Sovet Sosialist Respublikası adı verildi. Sovet İttifaqı dağıldıqdan sonra isə Dağlıq Qarabağ işğal olundu. Bütün bu faciələrə baxmayaraq fədakar vətən oğullarınınn mübarizliyi hesabına torpaqlarımızın 80%-i qorunub saxlanıldı. Ermənilər nəinki Dağlıq Qarabağı və ətraf 7 rayonu işğal etmək, Azərbaycanı parçalayıb tamamilə xəritədən silmək istəyirdilər. Bu, tək ermənilərin planı deyildi, Rusiyanın o vaxtkı rəhbərliyinin təsdiq etdiyi plana əsasən xüsusi orqanlar tərəfindən həyata keçirilirdi.

1993-cü il oktyabrın 29-u Azərbaycanın Zəngilan rayonu da işğal olundu. Zəngilan sonuncu işğal olunmuş rayondur. İşğaldan əvvəl rayonu tam blokadaya saldılar. Əhali İranla sərhəddə olan Araz çayının hesabına mühasitədən çıxa bildi.

O zaman ulu öndər Heydər Əliyevin səyləri nəticəsində böyük bir fəlakətin qarşısı alındı. Orduda yaratdığı ruh yüksəkliyi ilə əsgərlər qeyri-brabər döyüşə atıldılar.

1994-cü il mayın 10-da düşmən müdafiəni yara bilmədiyini görüb sülh sazişinə getməyə məcbur oldu. Həmin sülh sazişi bu günə qədər də davam edir.

Lakin bu gün müharibə hələ sona çatmayıb. Azərbaycan ordusu prezidentimizin, Silahlı Qüvvələrin Ali Baş Komandanının rəhbərliyi altında nəinki regionun ən güclü ordusudur, həm də dünyanın 50 ən güclü ordusu sırasındadır. Bu gün Azərbaycan dövləti öz ordusunu bütün müasir silahlarla təchiz edir.

M. Mehdiyev tədbirdə iştirak edən şagirdlərə müraciətlə dedi:

– Siz gənclər bu tariximizi bilməlisiniz və unutmamalısınız. Hər biriniz üzərinizə düşən vəzifəni həyata keçirməlisiniz. Mentalitetimizi qoruyub saxlamaq, böyük-kiçiyin yerini bilmək, tariximizi öyrənmək, müəllimləri diqqətlə dinləyib onlardan mümkün qədər çox bilik əldə etmək sizin əsas vəzifənizdir. Bu gün məktəbdə aldığınız təhsil gələcək Azərbaycan üçün böyük fayda verə bilər.

Daha sonra söz Qaçqınların və Məcburi Köçkünlərin Işləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevə verildi. O, tədbirdə iştirak edən müharibə iştirakçılarına minnətdarlığını bildirmişdir ki, Vətənin ən ağır vaxtlarında sinələrini qabağa verərək torpaqlarımızın müdafiəsinə qalxmışlar. “Mən çox şadam ki, bu gün burada cavan nəslin nümayəndələri də iştirak edirlər. Onlar tarixin bu gününü unutmamalıdırlar. Bizim davamçılarımız sizsiniz. Vətəni müdafiə etmək üçün gərək təhsilli olasınız.” – deyə Rövşən Rzayev gənclər müraciətlə söylədi. Daha sonra o dedi:

– Zəngilan Azərbaycanın ən gözəl rayonlarından biridir. Mən orada qısa müddətli səfərdə olmuşam. İranla sərhəd rayonumuz idi. Faciə zamanı Zəтgilan əhalisi İrana çatmaq üçün Araz çayını keçməliydi. O zamanlar çox itkilərimiz oldu. Zəngilanın mərd oğulları silahlı və ya silahsız da olsalar, düşmənlə döyüşə atılmışdılar. Zəngilan 200 nəfərdən çox şəhid vermiş, 12 800 uşaq zərər çəkmiş, 395 uşaq yetim qalmışdır. 44 nəfərin aqibəti bəlli deyil, 127 nəfər isə müharibə əlilidir.

Sonra Zəngilan rayon İcra Hakimiyyəti başçısının müavini Xanım Rüstəmova çıxış edərək demişdir ki, bu gün zəngilanlılar ölkəmizin 45 rayonunda məskunlaşıblar. Qaçqın düşdüyümüz dövrdə Zəngilan əhalisu 35 min idisə, bu gün 45 mindir. O günlərin ağrı-acısını mən də yaşamışam. Araz çayından keçənlərdən biriyəm. Sevindirici haldr ki, bu gün ölkəmizdə məcburi kömkünlərə olan diqqət və qayğının nəticəsində həmin o sarsıntılardan çıxa bilmişik. Məcburi köçkünlərə ölkə rəhbərliyi tərəfindən diqqət və qayğı hörmətli prezidentimiz İlham Əliyev tərəfindən hər zaman hiss olunur. Bununla bağlı dövlət proqramları qəbul edilmişdir. Zəngilandan  olan məcburi köçkünlərə Sabirabadın Rüstəmli kəndində də böyük bir qəsəbə salınmış, onlar ev və torpaq sahələri ilə təmin olunmuşlar. Həmçinin Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində hər biri 13 mənzilli 760 yaşayış binası tikilmişdir. Bu binaların açılışında ölkə başçısının və Birinci vitse-prezident  Mehriban xanım Əliyevanın iştirak etməsi məcburi köçkünlərə böyük təskinlik vermişdir. Mən əminəm ki, torpaqlarımız geri qaytarılacaq və biz belə məclislərimizi Şuşada, Laçında, Füzulidə, Zəngilanda və digər azad olacaq rayonlarımızda keçirəcəyik.

Daha sonra  Azərbaycan QMƏVŞAİB-in Zəngilan rayon filialının sədri Ənvər Məmmədov çıxış etdi. O dedi:

– Mən Zəngilanda doğulub boya-başa çatmışam. Oradan çıxanda 37 yaşım var idi. O günlərin canlı şahidiyəm. Xalqımızın bağına gətirilən bu müsibətlərə səbəb ermənilərin riyakarlığıdır. Bunların hamısı Azərbaycanın müstəqilliyinə dolayısı ilə vurulan zərbələr idi. Yalnız xalqın tələbi ilə ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə 21 kənd geri alındı və ermənilər atəşkəs rejiminə razılıq verməyə məcbir oldular. Ordu quruculuğu üçün ölkəyə külli miqdarda vəsait lazım idi. Heydər Əliyevin səyləri nəticəsində Bakı-Tbilisi-Qars neft kəməri layihəsi öndəmə gəldi və ölkə iqtisadiyyatının dirçəliş dövrü başlandı. Məhz yeni investisiyalar hesabına ordumuzun təməlinin qurulmasına start verildi.

Rəhbərlik etdiyim Zəngilan rayonu 36 saylı tam orta məktəbin şagirdləri bu gün bu tədbirdə iştirak edirlər. Onların ifasında vətənpərvərlik ruhlu ədəbi kompozisiyalar dinləyəcəksiniz.

Çıxışlardan sonra məktəb şagirdlərinin ifasında vətənpərvərlik şeirləri və mahnılar dinlənildi.

Tədbirdən sonra ictimai birliyin sədri Mehdi Mehdiyev Qaçqınların və Məcburi Köçkünlərin Işləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevə göstərdiyi diqqət və qayğıya görə idarə heyətinin təsis etdiyi “Vətən Naminə” medalını təqdim etdi.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок