Son Xəbərlər:
“Zəngilanım, günahkarıq yanında” adli tədbir keçirilmişdir

“Zəngilanım, günahkarıq yanında” adli tədbir keçirilmişdir

2018-ci il oktyabrın 25-də Zəngilan rayon 13 saylı tam orta məktəbdə Zəngilan rayonunun işğalının 25 ili ilə əlaqədar “Zəngilanım, günahkarıq yanında” adli tədbir keçirilmişdir. Tədbirdə Zəngilan məktəblilərinin çəkdikləri rəsmlər nümayiş olunmuşdur. Tədbiri 13 saylı məktəbin direktoru Azər Niftalıyev açiq elan edərək qonaqları salamlamış, Azərbaycanın Dövlət Himni səsləndirilmişdir.

Sonra söz məktəbin tarix müəllimi Qasımova Həqiqətə verildi. O, tədbir iştirakçılarına Zəngilan rayonunun tarixi, oradakı döyüşlər barədə məlumat verdi. Bundan sonra məktəbin şagirdləri Zəngilana aid şeirlər söylədilər.

Məktəbin təlim-tədris üzrə direktor müavini Salatın Allahverdiyeva öz çıxışında Zəngilanın işğalının canlı şahidi kimi, şahid olduğu hadisələr barədə ürək yanğısı ilə tədbir iştirakçılarına məlumat verdi.

Azərbaycan QMƏVŞAIB Zəngilan rayon filialının sədr müavini, Qarabağ qazisi Camal Həmidov öz çıxışında Zəngilanın işğalından, keçdiyi döyüş yolundan danışdı.

Qarabağ qazisi Novruz Qəriboğlu Məmmədzadə öz çıxışında Zəngilanın döyüş tarixindən danışdı.

Daha sonra çıxış edən metodist Sevil Nağıyeva, şair-publisist Şəfaəddin müəllim, Ağdam rayon 73 saylı məktəbin müəllimi Elman Babayev Zəngilan haqqında bildiklərini danışdılar.

Tədbirin sonunda xatirə fotoları çəkildi.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок