Son Xəbərlər:
Zəngilan rayon filialının üzvləri Azərbaycan Hərb Tarixi muzeyini ziyarət etdilər

Zəngilan rayon filialının üzvləri Azərbaycan Hərb Tarixi muzeyini ziyarət etdilər

2018-ci ilin 25 iyununda Azərbaycan QMƏVŞAİB Zəngilan rayon filialının üzvləri Azərbaycan Ordusunun yaradılmasının 100 illiyi münasibətilə Azərbaycan Hərb Tarixi muzeyini ziyarət etdilər. Muzeydə Azərbaycan Ordusunun keçdiyi 100 illik yola, muzeydəki eksponatlar vasitəsilə bir daha nəzər yetirərək, Azərbaycan Ordusunun keşmə-keşli və şərəfli tarixi ilə bar daha yaxından tanış oldular. Muzeyə səyahət qazilər və veteranlarımızda gözəl təəssurat yaratdı. Qərara alındı ki, bundan sonra rayon məktəblilərinin də muzeyə ekskursiyalarını təşkil edib, Azərbaycan Ordusunun keçdiyi yol haqda məlumatlar gənc nəslə çatdırılsın.

Yaratdıqları şəraitə görə Silahlı Qüvvələrin şəxsi heyət baş idarəsinin rəisi general-leytenant Kərim Vəliyevə və muzeyin rəhbərliyinə təşəkkürümüzü bildiririk!

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок