HomeBütün Xəbərlər“Yeniyetmə və gənclərin iştirakı ilə İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş tədbirlərin təşkili” layihəsinə start verilmişdir

“Yeniyetmə və gənclərin iştirakı ilə İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş tədbirlərin təşkili” layihəsinə start verilmişdir

“Yeniyetmə və gənclərin iştirakı ilə İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş tədbirlərin təşkili” layihəsinə start verilmişdir

VMGİB Mətbuat Xidməti xəbər verir ki, bu günlərdə (23.11.2019) Vətənpərvər Maarifçi Gənclər İctimai Birliyi (VMGİB) Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şirasının maliyyə dəstəyilə “Yeniyetmə və gənclərin iştirakı ilə İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş tədbirlərin təşkili” layihsinə start vermişdir.

Ümumilikdə Bakı şəhəri üzrə 4 və Xankəndi rayon Nizami Gəncəvi adına 4 saylı tam orta məktəblərdə bu layihənin gerçəkləşməsi nəzərdə tutulub.

İlk olaraq noyabrın 23-ü Xankəndi rayon Nizami Gəncəvi adına 4 saylı tam orta məktəbdə “Yeniyetmə və gənclərin iştirakı ilə İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş tədbirlərin təşkili” layihəsi həyata keçirilmişdir. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Cəmilə Əhmədova layihəni həyata keçirən QHT-yə, Vətənpərvər Maarifçi Gənclər İctimai Birliyinə (VMGİB) öz minnətdarlığını bildirmiş və sözü VMGİB-in təsisçisi, layihə rəhbəri Nəsimi Qarabağlıya vermişdir. N.Qarabağlı ilk öncə layihə haqda şagirdlərə məlumat verərək bildirmişdir ki, bu il böyük Azərbaycan şairi və mütəfəkkiri İ.Nəsiminin anadan olmasının 650 illiyi tamam olur. Azərbaycan Respublikasının prezidenti İlham Əliyev şairin 650 illik yubileyini nəzərə alaraq 2019-cu ili “Nəsimi ili” elan edib. Bu səbəbdən dövlət və qeyri-dövlət qurumlarında, “Nəsimi ili”nə həsr edilmiş bir çox tədbirlərin keçirilməsi nəzərdə tutulub. VMGİB də bundan çıxış edərək, Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasına “Yeniyetmə və gənclərin iştirakı ilə İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş tədbirlərin təşkili” layihəsini təqdim etmiş və layihə Şura tərəfindən dəstəklənmişdir. Layihənin məqsədi olaraq siz şagirdlərlə birgə Nəsimi şeriyyatına, qəzəllərinə və onun həyat və yaradıcılığına daha yaxın olaraq onun bədii və fəlsəfi fikirləri, ömrünün sonuna qədər heç bir tərəddüd etmədən “Ən əl-həq” deyənlərin yolu ilə gedərək əqidəsindən dönməməsi və onun Azərbaycan ədəbiyyatına qoyub getdiyi zəngin ədəbi şeir-qəzəl dünyası haqda məlumat verməkdir.

Daha sonra, Nəsimi yaradıcılığına və həyatına həsr olunmiş qısa videoçarx  nümayiş etdirilmiş, şagirdlərin ifasında Nəsimi qəzəlləri səsləndirilmiş, Nəsimi yaradıcılığı ilə bağlı diskussiyalar aparılmışdır.

Layihə çərçivəsində hazırlanmış bukletlər, qeyd kitabçaları və qələmlər şagirdlərə paylanmışdır.

Məktəbin şagirdləri Həsənzadə Sevinc, Mehdiyeva Səma, Abdullayeva Ləman, Həsənli Səma, Əliyeva Ceyla, Əliyev Rəşad VMGİB-in fəal olduqlarına görə Fəxri Fərmanlarla təltif edildilər.

Daha sonra N.Qarabağlı Təhsil Nazirliyinə, Bakı şəhər Təhsil idarəsinə, Şuşa rayon Təhsil şöbəsinə, məktəb rəhbərliyinə layihənin həyata keçirilməsinə şərait yaratdıqları üçün və eləcə də dəvət olunan QHT, “Dünya Azərbaycanlılarının Vətənpərvərləri” İctimai Birliyinin, “Çanaqqala” elmi-humanitar İctimai Birliyinin, “Ədib” İctimai Birliyinin nümayəndələrinə öz minnətdarlığını bildirdi.

Tədbirin sonunda şagirdlərlə birgə xatirə şəkilləri çəkdirilərək, çay süfrəsi arxasında söhbətlər davam etdirildi.

Layihə davam edir.