Son Xəbərlər:
Yaşı 80-ni ötmüş şəhid valideynlərinə birdəfəlik ödəməni almaq üçün plastik kartlar yaşadıqları ünvanlarda təqdim edildi

Yaşı 80-ni ötmüş şəhid valideynlərinə birdəfəlik ödəməni almaq üçün plastik kartlar yaşadıqları ünvanlarda təqdim edildi

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq  Fərmanına əsasən, şəhid hərbi qulluqçuların vərəsələrinin birdəfəlik ödəmə ilə təminatı işləri davam etdirilir.

ƏƏSMN-nin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsndən vetennamine.az saytına verilən məlumata görə bank hesablarına birdəfəlik ödənişin köçürüldüyü vərəsələrdən ikisi – Bakının Suraxanı rayon sakini, şəhid anası Hüseynova Məryəm Əbdül qızı 84 yaşında və Şamaxı rayon sakini, şəhid atası Nuhov Cüməli Seyidəli oğlu 83 yaşındadır. Bu amil nəzərə alınmaqla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşəbbüsünə əsasən, onlara birdəfəlik ödəməni almaq üçün plastik kartlar yaşadıqları ünvanlarda təqdim edilib.

Müvafiq bankın əməkdaşı hər iki şəhid valideyninə plastik kartları təqdim edib.

Qeyd olunub ki, ölkəmizdə aparılan uğurlu sosial siyasət şəhid ailələrinə dövlət qayğısının da mütəmadi olaraq artırılmasına səbəb olur. Dövlət başçısının müvafiq Fərmanları ilə 12268 şəhid hərbi qulluqçunun vərəsələrinə birdəfəlik ödəmənin verilməsi prosesi də bunun əyani təsdiqidir. İndiyədək onlardan 3758 şəhidin 5144 vərəsəsinə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olunub və artıq 3100 şəhid üzrə 4200 vərəsəyə ödəniş edilib. Bütün şəhid vərəsələrinə birdəfəlik ödənişlərin verilməsi prosesi cari il ərzində başa çatdırılacaq.

M.Hüseynova və C.Nuhov şəhid ailələrinə göstərilən yüksək qayğıya, şəhid vərəsələrinə humanist yanaşmanın təzahürü kimi onlara birdəfəlik ödəmənin verilməsinə, 30 yanvar 2019-cu il tarixli Fərmanla isə şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün artırılaraq 242 manatdan 300 manata çatdırılmasına görə Prezident cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок