Son Xəbərlər:
Yaşasaydı 45 yaşı tamam olacaqdı

Yaşasaydı 45 yaşı tamam olacaqdı

27 iyun 2019-cu il tarixdə Biləsuvar rayonunun Aşağı Cürəli kəndində anadan olmuş şəhid Ehtiram Canəli oğlu Əliyevin doğum günü ilə əlaqədar onun yaşadığı evə baş çəkildi.

Görüşdə Azərbaycan QMƏVŞAİB-in Biləsuvar rayon filialının sədri Bəhruz Əliyev və filialın üzvləri iştirak etdilər. Söhbət zamanı Ehtiramın uşaqlıq illərindən, kənddə özünü vətənpərvər kimi tanıtdığından, ailəyə bağlılığından, döyüşlərdə göstərdiyi qəhrəmanlıqlarından danışıldı.

Şəhid Əliyev Ehtiram Canəli oğlu 27 iyun 1974-cü ildə Biləsuvar rayonunun  Aşağı Cürəli kəndində anadan olmuşdur. 1992-ci ildə Aşağı Cürəli kənd tam orta məktəbini bitirmişdir. Həmin il Biləsuvar rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda Ehtiram böyük qəhrəmanlıq yolu keçmişdir.

27 yanvar 1994-cü ildə Beyləqan rayonunun Şişqaya yüksəkliyi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Subay idi.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок