HomeBütün XəbərlərYAP-çı gənclərdən Beynəlxalq Əlillər günü münasibətilə humanitar aksiya

YAP-çı gənclərdən Beynəlxalq Əlillər günü münasibətilə humanitar aksiya

YAP-çı gənclərdən Beynəlxalq Əlillər günü münasibətilə humanitar aksiya

Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin üzvləri Azərbaycan QMƏVŞAİB-in Nizami rayon filialının sədri və sədr müavini ilə birlikdə 3 Dekabr – Beynəlxalq Əlillər günü münasibətilə Nizami rayonu ərazisində yaşayan şəhid ailələri və Qarabağ müharibəsi əlillərini ziyarət edib, onlara sovqat paylayıblar.

Öz fəaliyyətində daim sosial istiqaməti prioritet elan edən YAP sosial-iqtisadi inkişafla bağlı davamlı olaraq müxtəlif layihələr həyata keçirir. Belə fəaliyyətlərdən biri də xüsusi qayğıya ehtiyacı olan şəxslərin, o cümlədən şəhid ailələrinin və müharibə əlillərinin daim diqqətdə saxlanılması, onların qarşılaşdıqları problemlərin həllidir.

Ziyarət olunan şəxslər onlara göstərilən diqqət və qayğıya görə partiyanın sədri, Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər və qeyd ediblər ki, həyata keçirilən bu cür aksiyalar onların sosial rifahlarının yüksəldilməsinə töhfə verməklə yanaşı, xoş əhval-ruhiyyə yaradır.