Son Xəbərlər:
“Xüsusi qatğıya ehtiyacı olan şəxslər üçün maarifləndirmə tədbirlərinin təşkili” layihəsi start götürdü (VİDEO)

“Xüsusi qatğıya ehtiyacı olan şəxslər üçün maarifləndirmə tədbirlərinin təşkili” layihəsi start götürdü (VİDEO)

2019-cu il sentyabrın 30-u Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri ictimai birliyinin konfrans zalında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Beynəlxalq Avrasiya Mətbuat Fondunun birgə təşkilatçılığı ilə “Xüsusi qatğıya ehtiyacı olan şəxslər üçün maarifləndirmə tədbirlərinin təşkili” layihəsi öz işinə başladı.


Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) 1992-ci ildə xalqımızın üzləşdiyi mürəkkəb və ağır vəziyyətdən ölkəmizin xilasına mümkün qədər yardım göstərmək amalı  ilə öz dövlətini sevən, təbliğ edən bir qrup jurnalist və ziyalılar tərəfindən yaradılmış beynəlxalq müstəqil təşkilatdır. Fond 04 sentyabr 1992-ci ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində rəsmi dövlət qeydiyyatına alınıb. Fondun qurucusu və sədri Umud Rəhimoğludur.

BAMF BMT-nin İnkişaf Proqramı, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı, ABŞ Dövlət Departamenti, ABŞ Tədqiqat Əməliyyat Mərkəzi, Avropa Komissiyası, NATO, Beynəlxalq Mətbuat İnstitutu, Beynəlxalq Jurnalistlər Federasiyası, Sərhədsiz Reportyorlar, Beynəlxalq Söz Azadlığı Mübadiləsi, Beynəlxalq Xəbər Təhlükəsizliyi İnstitutu, bir sıra ölkələrin Azərbaycandakı səfirlikləri, Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA), habelə regiondakı yerli və beynəlxalq qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq çərçivəsində fəaliyyət göstərir.

Tədbirdə ƏƏSMN yanında DSMF sosial xidmətlər və proqramlar şöbəsinin müdiri Vüqar Behbudov, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndəsi və QHT sədrləri də iştirak edirdilər.

Tədbiri açıq elan edən Umud Rəhimoğlu layihənin əsas məramı və qarşıya qoyulmuş məsələlər barədə iştirakçıları məlumatlandırdı və gələn qonaqları təqdim etdi. O dedi ki, qarşımızda duran əsas vəzifə bu layihənin bizə verdiyi imkandan istifadə edərək xüsusi qayğıya ehtiyacı olan vətəndaşlarımızla bağlı həyata keçirilən islahatlar, görülən tədbirlər, mövcud proqblemlər barədə onları məlumatlandırmaq, ictimai şura olaraq nazirliklərə öz tövsiyə və təkliflərimizlə, hesabatlarla müraciət etmək və mövcud problemlərin həlli istiqamətində fəaliyyət göstərməkdir.

Daha sonra söz Azərbaycan QMƏVŞAİB-in sədri, e.o.polkovnik Mehdi Mehdiyevə verildi. O, öz çıxışında tədbir iştirakçılarını salamlayaraq əməkdaşlığın bundan sonra da davamlı olmasını, problemləri işgüzar formada yoluna qoymağı arzuladığını bildirdi. O dedi ki, xüsusi qayğıya ehtiyacı olan insanların rifahı naminə qəbul edilmiş bir çox qanunlar var. Amma əsas problemlərdən biri də vətəndaşlarımızın maarifləndirilməsinin zəifliyi, onların öz hüquqlarını yaxşı bilməməsidir. Digər problem isə əksər icraçı məmurların bu hüquqlar barədə vətəndaşları məlumatlandırmamasıdır. Bu səbəbdən də vətəndaşlarda narazılıq, əsəb gərginliyi, ailədaxili problemlər yaranır. Nəticədə Azərbaycan vətəndaşı hüququ, haqqı ola-ola ümidsiz vəziyyətə düşür. Belə halların baş verməməsi üçün maarifləndirmə tədbirləri istənilən sahədə olmalı, qabağlayıcı xarakter daşımalıdır. Misal olaraq, Mehdi Mehdiyev 2020-ci ildən ölkədə həyata keçiriləcək icbari tibbi sıqorta haqqında insanların az məlumatlı olmalarını göstərdi və bir daha nəzərə çatdırdı ki, əhalinin maarifləndirilməsi sonrakı problemlərin qarşısını almaq üçün çox vacibdir. Bəzən vətəndaş hətta öz şikayəti ilə hansı orqana müraciət edəcəyini də düzgün müəəyyənləşdirə bilmir, nəticədə narazılıqlar daha da artır. O biri tərəfdən, daha həssas təbəqələr var ki, onlarla xüsusi davranmaq, yeri gələndə dözümlülük nümayiş etdirmək lazımdır.

Mehdi Mehdiyev hərbçilərin həyatının sıqortalanması, əlillər üçün kurort-müalicə göndərişləri, maddi yardım, ev və avtomobillə təminat məsələlərinə də toxunaraq müəyyən problemlərin həlli yollarını axtarmağın vacib olduğunu qeyd etdi.

Tədbirdə çıxış edən digər iştirakçılar şəhid ailələrinə, müharibə əlillərinə bəzi məmurların biganə münasibətindən, bölgələrdə, xüsusən cəbhəboyu rayonlarda həssas təbəqədən olan insanların hüquq və imtiyazlarının pozulmasından danışdılar. Belə məsələlərin həlli üçün ümumi sosial məlumat bazasının yaradılmasına ehtiyac olduğunu bildirdilər. Tədbiri idarə edən Umud Rəhimoğlu qeyd etdi ki, təşkilat sədrləri icra hakimiyyətinə və ya başqa bir quruma hər hansı bir problemlə müraciət edərkən yazılı formada müraciət etməli, görüş vaxtını da rəsmi surətdə müəyyənləşdirməlidirlər.

Tədbir işgüzar şəraitdə keçdi, bir çox suallara aydınlıq gətirildi.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок