HomeBütün XəbərlərXocavənd rayon filialının üzvləri Qaradağlı şəhidlərinin anım tədbirində iştirak etmişlər

Xocavənd rayon filialının üzvləri Qaradağlı şəhidlərinin anım tədbirində iştirak etmişlər

Xocavənd rayon filialının üzvləri Qaradağlı şəhidlərinin anım tədbirində iştirak etmişlər

Fevralın 14-ü Azərbaycan QMƏVŞAİB-in Xocavənd rayon filialının üzvləri Xocavənd rayonunda salınmış 146 ailəlik qəsəbədə Qaradağlı kənd tam orta məktəbində Qaradağlı şəhidlərinin anım tədbirində iştirak etmişlər. Erməni işğalçıları 1992-ci il fevralın 17-də  79 nəfər Qaradağlı kənd sakinini uşaq, qadın, qoca demədən qətlə yetirmiş və kənd əhalisini öz  doğma yurd-yuvalarından didərgin salmışlar.

Allahdan şəhidlərimizə rəhmət diləyirik. Bir gün, inşallah, zəfərlə öz doğma torpaqlarımıza qayıdacağıq.