Son Xəbərlər:
Xocavənd rayon filialının üzvləri məktəblilərlə vətənpərvərlik mövzusunda görüş keçirmişlər

Xocavənd rayon filialının üzvləri məktəblilərlə vətənpərvərlik mövzusunda görüş keçirmişlər

Azərbaycan QMƏVŞAİB-in Xocavənd rayon filialının üzvləri Saləkətin tam orta məkdəbində şagirdlərlə görüş keçirilmişlər. Çıxış edən müharibə veteranları vətənpərvərlik mövzusunda danışmış, öz döyüş xatirələrindən söhbət açmışlar. Şagirdlərə Azərbaycanın Milli qəhrəmanları, Xocavənd uğrunda gedən döyüşlərdə Vətən oğullarının göstərdikləri igidliklər haqqında məlunat vermişlər.

Azərbaycanın Milli Qəhrəmanları Çingiz Qurbanovun, Mübariz İbrahimovun, İbad Hüseynovun, Etibar İsmayılovun, Yuri Kovalyovun  döyüş yolları barəsində söhbətlər aparlılmışdır.

Qeyd olunmuşdur ki, Etibar İsmayılov 29 mart 1964-cü ildə Ağcabədi rayonunun Hindarx kəndində anadan olmuşdur. 1981-ci ildə orta məktəbi bitirmiş və çilingər kimi əmək fəaliyyətinə başlayaraq torpaqlarımızın müdafiəsinədə fəal iştirak etmiş, igidlik göstərmişdir.   O, Naxcivanik, Şelli kəndlərinin müdafiyəsində şəxsi nümunə göstərmişdir. Xocavənd rayonunun ərazisində erməni hücumlararını dəf etmiş, Ağcabədidə yaradılan özünümüdafiə taboruna qoşulmuşdur. 1994-cü ildə Xocavənd rayonunun Qarakənd istiqamətində aparılan əməliyyatlar zamanı döyüşdə yoldaşlarının mühasirədən çıxarılmasında igidlik göstərərək qəhrəmancasına həlak olmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 5 yanvar 1994-cü il tarixli 86 saylı Fərmanı ilə İsmayılov Etibar Bəylər oğluna ölümündən sonra Azərbaycan Milli Qəhrəmanı fəxri adı verilmişdir.

Hindarx kənd orta məktəbi onun adını daşıyır. Məktəbin önündə büstü qoyulmuşdur.

Yuri Kovalyov  29 noyabr 1965-ci ildə Göyçay rayonunda anadan olmuşdur. 1972-ci ildə Krasnodar vilayətinə köçmüş və 5 ildən sonra yenidən Bakıya qayıtmışdır. 1981-ci ildə 229 saylı orta məktəbi bitirmiş, 1982-ci ildə reklam istehsalat kombinatında çalışmışdır. 1983-cü ildə ordu sıralarına çağırılmışdır. Hərbi xidməti başa vurduqdan sonra  – 1987-ci ildə Qırmızı Bayraqlı Xəzər Dəniz Hərbi Donanmasının 109 saylı Miçmanlar və Praporşiklər məktəbinə daxil olmuşdur. 1990-cı il 15 sentyabrda DİN-nin Xüsusi Təyinatlı Polis Dəstəsinə qəbul olunur, bir çox döyüş bölgələrində iştirak edir. 1991-ci ildə Yuri Kovolyov Xocavənd rayonu ərazisində aparılan əməliyyatlarda igidlik göstərmişdir. 1991-ci il oktyabrın 3-də qəhrəmancasına həlak olmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 6 iyun 1992-ci il tarixli 831 saylı Fərmanı ilə Kovalyov Yuri Petroviç ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülmüşdür. Bakı şəhərinin Şəhidlər Xiyabanında dəfn edilmişdir. Bakı şəhərindəki 229 saylı orta məktəb qəhrəmanın adını daşıyır.

Şagirdlər maraqla qulaq asmış, suallar vermiş, öz təssüratlarını bölüşmüşlər.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок