Son Xəbərlər:
Xatirə Qarayevanın təqdimatında «Tarix Unudulmur!» adlı layihə keçirilmişdir

Xatirə Qarayevanın təqdimatında «Tarix Unudulmur!» adlı layihə keçirilmişdir

2019-cu il yanvar ayının 14-ü, 16-sı, 23-ü saat 12:30-da Bakı şəhər Binəqədi rayon Gənclər Evində Azərbaycan Respublikasının Gənclər Fondunun 11-ci qrant müsabiqəsinin qalibi Xatirə Qarayevanın təqdimatında «Tarix Unudulmur!» adlı layihə keçirilmişdir.

Layihə Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri ictimai birliyinin təşkilati dəstəyi ilə həyata keçirilmişdir.

İlk olaraq layihə rəhbəri Xatirə Qarayeva tədbir iştirakçılarını salamladı və tədbirin mahiyyətini iştirakçılara çatdırdı. Sonra  Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi və çıxış üçün söz ictimai birliyin sədr müavini, ehtiyatda olan polkovnik-leytenant Aris Məmmədova verildi. Aris Məmmədov öz çıxışında 20 Yanvar hadisələrinin Azərbaycanın tarixində baş vermiş faciələr sırasında xüsusi yer tutduğunu, xalqın qəhrəmanlıq səlnaməsi olduğunu qeyd etdi. O, 20 Yanvar hadisələrinə tarixi nöqteyi-nəzərdən qiymət verərək bildirdi ki, bu hadisələrin kökündə erməni mafiyasının Azərbaycan dövlətçiliyinə qarşı yönəldilmiş məkrli siyasəti durur. “SSRİ Müdafiə Nazirliyinin qoşunlarının, DİN-nin qoşunlarının  və DTK-nın A qrupunun köməyi ilə ayın 19-da səhər televiziyanın enerji bloku partladıldı. Bakı informasiyasız qaldı. Belə olan halda təkcə uzaqlardan – Azadlıq radiostansiyasından Mirzə Xəzərin səsi,  hamımızın yadındadır, Qorbaçovun informasiya blokadasını sındırdı. Dünya başa düşdü ki, Bakıda nələr olur. O zaman “PRAVDA” qəzeti Sov.İKP-nin təbliğat orqanı idi. Həmin qəzet ayın 22-də yazırdı ki, bunlar hamısı yalandır, Sovet Ittifaqına qarşı nifrət yaratmaq üçün edirlər. Amma belə deyildi. Hadisənin ertəsi günü ulu öndərimiz Heydər Əliyev həyatının təhlükə qarşısında olmasına baxmayaraq, ailəsi ilə birlikdə Azərbaycanın Moskvadakı mərkəzinə gəlib başsağlığı verdi. Ordan ilk dəfə olaraq etirazını bildirdi. Qorbaçovu günahlandırdı və Azərbaycan KP MK-ə, Ali Sovetinə, Nazirlər Kabinetinə, Azərbaycan xalqına başsağlığı teleqramı vurdurdu. Xahiş etdi ki, bunları qəzetlərdə, radio-televiziyada versinlər. Amma o dövrdəki səlahiyyətlilər buna icazə vermədilər. Buna baxmayaraq, dünya Azərbaycan xalqının başına gətirilən bəlaları bilirdi.” – çıxışında belə demişdir. Layihənin keçirilməsində məqsəd iştirakçılara Azərbaycan Respulikasının müdafiəsi uğrunda ordumuzun göstərdiyi qəhrəmanlıqları aşılamaq və Azərbaycan xalqının başına havadarlarının köməyilə ermənilər tərəfindən gətirilmiş bəlalar, kütləvi qırğınlar, talanlar və soyqrımı siyasəti barəsində məlumat verməkdir. Eyni zamanda layihədə iştirak edən hər bir iştirakçı fasilə zamanı çay süfrəsinə qonaq olub. Tədbirin sonunda iştirakçılar hədiyyələrlə mükafatlandırılıb. 3 gün ərzində davam edən layihə maraqlı müzakirələrlə  yadda qalmışdır.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок