Son Xəbərlər:
Xaçmazda ailə dəyərləri müzakirə olunub

Xaçmazda ailə dəyərləri müzakirə olunub

“İnnovativ İdeya və Təşəbbüslər” ictimai birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyilə icra etdiyi layihə çərçivəsində Xaçmaz rayonunda tədbirlər keçirib.

“Milli ailə dəyərlərinin və məişət zorakılğının aradan qaldırılması yollarının təbliği, gənclər və gənc ailələrlə görüşlərin təşkili” layihəsi çərçivəsində tədbirlər Ə.Tahirov adına Köhnə Xaçmaz kənd tam orta məktəbində, akademik Zərifə Əliyeva adına 8 nömrəli məktəb liseyində və A.Səlimov adına Xaçmaz şəhər 7 nömrəli tam orta məktəbdə keçirilib.

Tədbirlərdə “İnnovativ İdeya və Təşəbbüslər ” ictimai birliyinin sədri, millət vəkili Elşən Musayev, Xaçmaz rayonundan seçilmiş millət vəkili Eldəniz Səlimov, Ə. Tahirov adına Köhnə Xaçmaz kənd tam orta məktəbin direktoru İnqilab Musayev, A.Səlimov adına Xaçmaz şəhər 7 nömrəli tam orta məktəbin direktoru Şamama Nəsirova, rayon Təhsil şöbəsinin nümayəndəsi İmran Müseyibli, rayon İcra hakimiyyətinin nümayəndəsi, rayon ziyalıları və gənclər iştirak edirdilər.

Tədbirlərdə giriş çıxış edən təhsil müəssisələrinin rəhbərləri qonaqları, tədbir iştirakçılarını, pedaqoji kollektiv və gəncləri salamlayaraq, belə görüşlərin keçirilməsinin yüksək əhəmiyyət daşıdığını vurğulayıblar.

Millət vəkili və layihə rəhbəri Elşən Musayev çıxışlarında layihənin əsas məqsədindən, gənc ailələr arasında ailə dəyərlərinin qorunub saxlanılmasından, gənc nəslin tərbiyəsindən, çoxəsrlik tarixə malik böyüyə hörmət ənənəsini qoruyub gələcək nəsillərə ötürülməsinin əhəmiyyətindən danışıb. Bildirib ki, mənəviyyat insanın daxili aləmi, onun mənəvi xəzinəsidir. Hər bir xalqın varlığı, onun kimliyi ilk növbədə milli mənəvi dəyərlərində əks olunur. Dövlətin dövlətçilik xüsusiyyətlərindən biri də elə məhz ona məxsus olan dəyərlərdir. Xalqımızın da özünəməxsus çox qiymətli dəyərləri var. Bizi başqa xalqlardan, millətlərdən fərqləndirən, bir çox məqamlar da milli-mənəvi dəyərlərimiz, mədəniyyətimiz və mənəviyyatımızıdır.

Millət vəkili Eldəniz Səlimov çıxışlarında xalqımızın məişətində və həyatında əsrlər boyu formalaşan müxtəlif adət-ənənələrimizdən, milli, mənəvi əxlaqi dəyərlərimizin çox qədim tarixi kökə bağlı olduğundan, Azərbaycan ailəsinin digər xalqlara nümunə olmasından, ölkəmizdə ailənin inkişafı və sosial təminatı, qadın və uşaq hüquqlarının qorunuması istiqamətində atılan müsbət addımlardan söz açıb.

Daha sonra iştirakçıları maraqlandıran suallar qonaqlar tərəfindən cavablandırılıb.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок