Son Xəbərlər:
Washington Times qəzeti Ermənistanı təcavüzkar adlandırdı

Washington Times qəzeti Ermənistanı təcavüzkar adlandırdı

7 oktyabr 2015-ci il.

İstənilən etnik münaqişələrdə, xüsusilə də zorakılıq və qeyri-insani gücün tətbiq edildiyi münaqişələrdə qarşılıqlı ittihamlar təbii sayılsa da, Dağlıq Qarabağ münaqişəsində Ermənistan tərəfinin təcavüzkar olması bir faktdır.

Bu barədə Washington Times qəzetində məqalə dərc edilib.

“Ermənistan hazırda Azərbaycanın beynəlxalq hüquq tərəfindən tanınmış ərazisinin işğalını davam etdirir. Erməni lobbisinin bu iddiaya reaksiyası kəskin ola bilər, lakin BMT-nin müvafiq qətnamələrindəki sitatlar bu məsələdə həqiqəti gün işığına çıxarır və faktları təbliğatdan ayırır. Avropa Məhkəməsi də verdiyi qərarla Ermənistanı Azərbaycan torpaqlarının işğalçısı qismində tanıyır”, deyə məqalədə qeyd olunur.

Məqalə sputnik.az saytından götürülüb.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок