Son Xəbərlər:
“Vətən Naminə” medalı ilə təltif olundu

“Vətən Naminə” medalı ilə təltif olundu

Qusar rayonunda Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 6-cı ildönümü münasibətilə tədbir keçirilmişdir. Tədbirdə Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri ictimai birliyinin Qusar rayon filialının üzvləri də iştirak etmişlər. Gənclərin hərbi-vətənpərvərlik tərbiyəsində fəal iştirakına və Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə göstərdiyi qayğı və diqqətə görə Həsənov Nicat Zəfər oğlu ictimai birliyin təsis etdiyi “Vətən Naminə” medalı ilə təltif olunmuşdur. Medalı  filial sədri Canəli Hörmətov təqdim etmişdir.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок