Son Xəbərlər:
Ümummilli lider Heydər Əliyevin anım mərasimi

Ümummilli lider Heydər Əliyevin anım mərasimi

Ümummilli lider, görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi Heydər Əliyevin vəfat etməsinin 15-ci ildönümü ilə əlaqədar 2018-ci il dekabrın 11-də Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri ictimai birliyi anım mərasimi keçirmişdir.

Mərasim Fəxri Xiyabanda Ulu öndər Heydər Əliyevin məzarına əklilin və görkəmli oftalmoloq Zərifə Əliyevanın məzarına gül dəstələrinin  qoyularaq  yad edilmələri ilə başlanmışdır.

İştirakçılar Şəhidlər Xiyabanını da ziyarət etmiş, şəhidlərin ruhunu yad edərək Əbədi Məşəl önünə əklil və məzarlara gül dəstələri düzmüşlər.

Daha sonra “Laçın” mərasim evində qonaqların və ictimai birliyin üzvlərinin iştirakı ilə anım tədbiri keçirilmişdir. Tədbirdə birliyin üzvləri, müharibə veteranları, əlillər və şəhid ailələri iştirak edirdilər. Azərbaycan QMƏVŞAİB-in sədri Mehdi Mehdiyev çıxış edərək iştirakçıları salamlamış, ulu öndərin Azərvbaycan dövlətinin qorunub saxlanmasında, inkişafında və dünya siyasətində misilsiz xidmətlərindən danışmışdır.

Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin şöbə müdiri Vüqar Behbudov, Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dəstək Şurasının üzvü Emin Həsənli, Laçin Ağsaqqallar şurasının sədri çıxışlarında Heydər Əliyevin yürütdüyü uğurlu siyasəti tədbir iştirakçılarına çatdırmışlar.

Sonda mərasimdə iştirak edənlərə Azərbaycan QMƏVŞAİB-in Laçın filialı tərəfindən ehsan süfrəsi verilmişdir.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок