Son Xəbərlər:
Tərtərdə şəhid Rövşən Səfərovun anım günü keçirilmişdir

Tərtərdə şəhid Rövşən Səfərovun anım günü keçirilmişdir

2019-cu il yanvarın 26-sı Tərtər rayonda şəhid Rövşən Səfərovun anım günü keçirilmişdir. Tədbir onun adını daşıyan Sarıcalı kənt tam orta məktəbində olmuşdur.

Tədbirdə Tərtər rayon İcra Hakimiyyətinin nümayəndələri və Azərbaycan QMƏVŞAİB-in Tərtər rayon filialınınn üzvləri də iştirak etmişlər.

Öncə şəhidin abidəsi önünə tər qərənfillər düzülmüşdür.

Anım tədbiri Azərbaycanımızın Himni ilə başlamış, şəhidlərimizin ruhuna dualar oxunmuşdur.

Filialın sədri Sulidin Yusifov, ehtiyatda olan baş leytenant Yaşar Məmmədov, Nizami Heydərov, şəhidin ailə üzvləri və döyüş yoldaşları cıxış etmişlər.

Sulidin Yusifov şəhid Rövşən Səfərovun igidliyindən fərəhlə danışmışdır. Şəhidin ailə üzvləri öz çıxışlarında Ali Baş Komandan cənab İlham Əliyevə və Tərtər rayon İcra Hakimiyyətinin başcısı cənab Müstəqim Məmmədova rayonun müharibə statuslu insanlarına göstərdikləri diqqət və qayğıya görə təşəkkür etmişlər.

Allah bütün şəhidlərimizə rəhmət eləsin.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок