Son Xəbərlər:
Tərtər rayonunda şəhid Rafiq Nuriyevin anım tədbiri keçirilmişdir

Tərtər rayonunda şəhid Rafiq Nuriyevin anım tədbiri keçirilmişdir

2019-cu il yanvarın 24-ü Tərtər rayonunda şəhid Rafiq Nuriyevin anım tədbiri keçirilmişdir. Tədbir şəhidin adını daşıyan 6 saylı tam orta məktəbdə olmuşdur. Tədbirdə Azərbaycan QMƏVŞAİB-in Tərtər rayon filialının üzvləri də iştirak etmişlər.

Tədbir Azərbaycanın Dövlət Himni ilə başlanmışdır.

Cıxış ücün filialın sədri Sulidin Yusifov şəhidin anasına və döyüş yoldaşlarına söz vermişdir. Şəhidin anası ölkə prezidenti cənab İlham Əliyevə diqqət və qayğıya görə təşəkkür etmişdir. Döyüş yoldaşları Rafiq Nuriyevin keçdiyi döyüş yolundan, xatirələrindən danışmışlar.

Ehsan süfrəsi açılmışdır. Şəhidin ruhuna Tərtər axundu dua oxumuşdur.

Daha sonra iştirakçılar məktəbin həyətində ucaldılmış şəhidin abidəsi önünə tər qərənfillər düzmüşlər.

Allah bütün şəhidlərimizə rəhmət eləsin.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок